Sevil Sevinc bacıları: "Ad günümüzdə xına mərasimi keçirəcəyik" - VİDEO
Sevil Sevinc bacıları: "Ad günümüzdə xına mərasimi keçirəcəyik" - VİDEO
Müğənnilər Sevil və Sevinc Səfərovalar uzun müddətdir ki, efirlərə çıxmırlar.
Xəbər verilir ki, aparıcı Vüsalə Əlizadənin "7 canlı" proqramına dəvət olunan bacılar tez-tez şəxsi həyatları ilə bağlı suallar ünvanlandığı üçün efirlərə çıxmadıqlarını bildiriblər.
Daha sonra onlar ad günündə xınayaxdı edəcəklərini açıqlayıblar:
"Bilirik, 31 yaşımız var, ailə həyatı qurmalıyıq. Ağılsız deyilik, yaxşı qismətdən imtina edək. Atam rəhmətə gedəndən sonra ad günü keçirməmişik. Ancaq özümüz, yaxın dostlarımız yığışırıq. Noyabrın 15-də qızlarla toplaşacağıq. Ad günümüzdə qızlarla bərabər xına mərasimi keçirəcəyik".
Vüsalə Əlizadə isə gülərək "Bacılar ad günü adı altında xına edirlər" sözlərini deyib.
Azadsoz.com